Bakıda ötən il bir sıra cinayətlərin sayı azalıb.
Lent.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi polis general-mayoru Əkbər İsmayılov əməliyyat müşavirəsində bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə paytaxtda qeydə alınan 15.759 cinayətin 82,8 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 17,2 faizi ağır və xüsusilə ağır növlər olub, 2022-ci illə müqayisədə hesabat dövründə ehtiyatsızlıqdan adam öldürmə 2 dəfə, ümumi cinayətlər 5,8, ağır və xüsusilə ağır cinayətlər 14,8, az ağır cinayətlər 5,7, soyğunçuluq 27,5, quldurluq 23 faiz azalıb, ümumilikdə 167 odlu silah, 65 qumbara, 3834 ədəd döyüş sursatı yığılıb, qanunsuz saxlanılan və gəzdirilən 78 odlu silah əməliyyat yolu ilə götürülüb.
Hesabat dövründə 49 soyğunçuluq və quldurluq cinayəti törədən 103 nəfərdən ibarət 42 qrup, eləcə də 56 mənzil oğurluğunda şübhəli bilinən 56 nəfərdən ibarət 26 cinayətkar qrup ifşa olunub, istintaqı tamamlanan cinayət işləri üzrə vətəndaşlara vurulan maddi ziyanın 76,6 faizinin (33 milyon 748 min 928 manat) ödətdirilməsi təmin olunub.