Bakıda qadın şantaj olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu barədə zərərçəkmiş 32 yaşlı qadın Xəzər rayon Polis İdarəsinə müraciət edib. O bildirib ki, cari ilin mart-aprel aylarında tanışı onun videogörüntülərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 8700 manat pul tələb edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Abdullayev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.