Bakı sakinini evinin girişində  soyan yeniyetmələr tutuldu
21 may 2024 13:37 (UTC +04:00)

Bakı sakinini evinin girişində soyan yeniyetmələr tutuldu

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, mayın 19-da səhər saatlarında Nizami rayonu ərazisində bir nəfər şəxsin evinin girişində soyğunçuluq yolu ilə 100 manatının talanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 3 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2574
avatar

Oxşar yazılar