Bakı sakinindən narkotik maddə götürülüb.
Lent.az-ın məlumatına görə, Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 177-ci (oğurluq) maddələri ilə məhkum olunan 43 yaşlı Kərimov Anar Telman oğlu "Komsomol" dairəsi yaxınlığında saxlanılıb.
Onun üzərindən 3.033 qram heroin aşkar edilərək, götürülüb.
Faktla bağlı araşdırma aparılır.