Yevlaxda azyaşlıya qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, mayın 30-da Yevlax şəhəri ərazisində naməlum şəxs 4 yaşlı qıza zor tətbiq edərək qızıl boyunbağısını talayıb. Bu barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini H.Əsgərov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.