Azərbaycanlılar erməni ilə birləşib 26 nəfəri öldürdü - ŞOK CİNAYƏT
21 oktyabr 2021 13:35 (UTC +04:00)

Azərbaycanlılar erməni ilə birləşib 26 nəfəri öldürdü - ŞOK CİNAYƏT

Rusiyanın Sverdlovsk vilayətində saxta spirtli içkidən zəhərlənib ölənlərin sayı 26 nəfərə çatıb.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, artıq faktla bağlı 3 nəfər saxlanılıb. Bunlar Azərbaycan vətəndaşları Nadir Məmmədov, Anar Eyvazov və Ermənistan vətəndaşı Armen Avetisyandı.

Məlumata görə, saxta içkilər vilayətin Verx-İsetsk rayonunda metil spirtindən hazırlanırmış. Sonra isə Botanika bazarında parakəndə şəkildə satılırmış.

Yerli mətbuatın yazdığına görə, baş verənlərin miqyası böyük olduğundan Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin birbaşa nəzartiədədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10290
avatar

Səbuhi Sədəf

Oxşar yazılar