İnsan alverinə görə axtarılan Lalə Ələkbərova
05 aprel 2021 18:55 (UTC +04:00)

İnsan alverinə görə axtarılan Lalə Ələkbərova

Azərbaycanlı qızları ərəblərə satan qadın axtarılır

Bir neçə qadını Azərbaycandan xarici ölkələrə aparıb cinsi istismara məcbur edən Gəncə şəhər sakini 61 yaşlı Ələkbərova Lalə Vilayət qızı barəsində axtarış elan edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, o, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə ittiham olunub.

L.Ələkbərovanın əvvəllər bir neçə azərbaycanlı qızı aldadaraq Türkiyə və ərəb ölkələrinə aparması, orada həmin qızları cinsi istismar məqsədilə insan alveri ilə məşğul olan şəxslərə satması müəyyən olunub.

Əldə olunan məlumata görə, L.Ələkbərova hazırda Azərbaycanda deyil. Onun xarici ölkələrin birində gizləndiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4923
avatar

Mehman Nəbiyev

Oxşar yazılar