Moskvada “Giya Sverdlovski” ləqəbli “qanuni oğru” Georgi Akoyev saxlanılıb.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumata görə, o, “Mosvda Dvoryanskoe qnezdo” restoranında keçirilən əməliyyat nəticəsində ələ keçib.
Xatırladaq ki, 47 yaşlı “Giya Sverdlovski” bir qədər əvvəl Yekaterinburqda azərbaycanlı iş adamının 6 kiloqram qızılını alaraq onu böyük məbləğə, yəni 50 milyon rubla (təxminən 1 milyon 100 min manat) satacağını və əldə etdiyi pulu onunla bölüşəcəyini vəd etmişdi.
Bundan sonra iş adamı 6 kiloqram qızılı “qanuni oğruya” verib. Amma “Gia Sverdlovski” qızılı qaytarmayıb.