Azərbaycanlı  biznesmeni öldürüb   Türkiyəyə qaçdı
21 aprel 2024 19:18 (UTC +04:00)

Azərbaycanlı biznesmeni öldürüb Türkiyəyə qaçdı

Aprelin 20-də səhər saatlarında Moskvanın Balaşixa şəhərində azərbaycanlı olan iş adamı Nazim Əhmədovun qətlində şübhəli bilinən şəxs Türkiyəyə qaçıb.

Lent.az bildirirki, bu barədə Telegram-kanal 112 mənbəyə istinadən xəbər verir.

Moskva vilayətinin Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədovun qətlində şübhəli bilinən şəxs Türkiyəyə qaçıb.

“Polis cinayətkarın qaçdığı “Kia” markalı avtomobili axtarır. Lakin ilkin məlumatlara görə, o, qatili qətl yerindən aparan sürücü ilə birlikdə “Şeremetyevo” havalimanından Türkiyəyə uçmağa müvəffəq olub”, - məlumatda deyilir.

Qeyd edək ki, qatil kişinin sinəsinə, sonra isə başına bir neçə atəş açıb.

Məlumata görə, qətlə yetirilən 61 yaşlı Nazim Əhmədov arvadı Ofelya ilə birlikdə Sverdlov küçəsində yerləşən “Yunis” ərzaq mağazasının sahibi olub və onların oğlu mağazanı idarə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6054
avatar

Oxşar yazılar