Sabirabadda qətl törədilib.
Lent.az APA-ya istinadən xəbər verir ki, Sabirabad şəhərindəki uşaq bağçalarının birində gözətçi işləyən və orda yaşayan Sabirabad rayonunun Ulaclı kənd sakini, 1969-cu il təvəllüdlü Ağayeva Mübarək Azadə qızının küt alətlə qətlə yetirilmiş meyiti aşkar edilib.
Onun kim tərəfindən və nə vaxt qətlə yetirildiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Faktla bağlı Sabirabad rayon prokuroluğu tərəfindən cinayət işi açılıb.