Ucarda bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 16 radələrində qeydə alınıb.
Rayon sakini, 36 yaşlı Validə Məzahir qızı Kərimova və Qarabörk kənd sakini, 33 yaşlı Qasım Fazil oğlu Məmmədov ağır bıçaq xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına gətiriliblər. Həkimlərin səyinə baxmayaraq, V.Kərimova xəstəxanada ölüb.
Hadisənin hansı şəraitdə baş verməsi dəqiq məlum deyil.
Faktla bağlı araşdırma aparılır.