Ələ keçirilən narkotiklər
07 iyul 2021 11:09 (UTC +04:00)

Ələ keçirilən narkotiklər

Azərbaycanda "patı" satan daha bir narkotacir tutuldu - FOTO

Mingəçevirdə narkotik alverçisi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Rüstəm Muxtarov saxlanılıb. Şəxsi axtarış aparılan zaman ondan kağız bükümlərdə satış məqsədilə üzərində daşıdığı heroin və qurudulmuş marixuana, eləcə də psixotrop maddə - metamfetamin (patı və yaxud şüşə) aşkarlanıb.

Davam etdirilən tədbirlərlə R.Muxtarovun yaşadığı ünvana da baxış keçirilib.  Oradan ümumi çəkisi 21 kiloqram 150 qram olan 90 ədəd narkotik tərkibli çətənə bitkiləri, həmçinin 1 kiloqrama yaxın qurudulmuş marixuana və kağız bükümdə heroin qablaşdırılaraq maddi sübut kimi götürülüb. 

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Narkotikə görə saxlanılan Rüstəm Muxtarov

Götürülən narkotik bitkilər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2724
avatar

Mehman Nəbiyev

Oxşar yazılar