Azərbaycanda narkotik almaq üçün oğurluq etdilər -  FOTO
14 iyul 2021 13:41 (UTC +04:00)

Azərbaycanda narkotik almaq üçün oğurluq etdilər - FOTO

Gəncədə qanunsuz narkotik saxlamaqda və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Emin Bədirov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “heroin” aşkar edilib.

Polis İdarəsinin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Azərbaycan vətəndaşı Ece Mustafa saxlanılıb. Onun üzərindən narkotik vasitə olan metamfetamin (patı) aşkar edilərək götürülüb.

İdarənin ərazi üzrə Polis Bölməsinin əməkdaşları Teymur Məmmədovu saxlayaraq bölməyə gətiriblər. Baxış zamanı onunn üzərindən aşkar olunan heroin müvafiq ekspertizaya göndərilib.

Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində isə rayon ərazisindəki mağazalardan birinə məxsus 16 ədəd taxta lövhələri oğurlamaqda şübhəli bilinən Elnur Cəfərov saxlanılıb. Araşdırma zamanı onun üzərindən qanunsuz əldə edib saxladığı heroin aşkar olunub. Dindirilmə zamanı saxlanılan şəxs oğurluq hadisəsini narkotik vasitə əldə etmək üçün törətdiyini etiraf edib.

Narkotik maddə əldə etmək üçün oğurluq edən digər bir Gəncə şəhər sakinini Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşları saxlayıb. Belə ki, əvvəllər məhkum olunmuş Hümbət Axundov müxtəlif vaxtlarda bir neçə şəhər sakininə məxsus telefonları oğurlayaraq satıb. Saxlanılan zaman üzərindən narkotik maddə olan heroin aşkarlanan şübhəli şəxs törətdiyi cinayətləri etiraf edib. Onun digər analoji cinayət hadisələri törətməsi də istisna edilmir.

Aşkar edilən faktlara üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

# 1470
avatar

Mehman Nəbiyev

Oxşar yazılar