Cəlilabadda narkotacirdən götürülən silah
01 mart 2021 09:24 (UTC +04:00)

Cəlilabadda narkotacirdən götürülən silah

Azərbaycanda narkotacirdən "Kalaşnikov" tapıldı-FOTO

Cəlilabad sakinlərindən silah-sursat və narkotik aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Göytəpə şəhər sakini Səbuhi Qəfərov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan 78 qramdan artıq heroin və 3 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Araşdırmalarla onun narkotik vasitəni əvvəlcədən olan sövdələşmə əsasında Cəlilabad sakini, əvvəllər məhkum olunmuş Mirelnur Mürsəlova satmalı olduğu müəyyən edilib. M.Mürsəlov da polis əməkdaşları tərəfindən saxlanılıb. Onun yaşadığı evin zirzəmisinə keçirilən baxış zamanı oradan 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid sandıqça və 55 ədəd patron, 2 ədəd F1 əl qumbarası, “Makarov” markalı tapançaya aid 4 ədəd patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

# 1167
avatar

Mehman Nəbiyev

Oxşar yazılar