Biləsuvarda odlu silah və 13 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı şəhəri, Yasamal rayon sakini T.Ağayev və Salyan rayon sakini R.Xəlilov Biləsuvar rayonunun ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Keçirilən baxış zamanı T.Ağayevin üzərindən bir bükümdə psixotrop maddə metamfetamin, Rövşən Xəlilovun əlindəki torbadan isə 1 ədəd "Kalaşnikov" markalı avtomat, ayrı-ayrı plastik qablarda ümumi çəkisi 13 kiloqramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.