Azərbaycanda narkobaron saxlanıldı
08 may 2021 14:56 (UTC +04:00)

Azərbaycanda narkobaron saxlanıldı

Balakən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş şəhər sakini Aydın Qasımov saxlanılıb. 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onun yaşadığı ünvana baxış zamanı 40-a yaxın kağız bükümdə satış məqsədilə saxladığı narkotik vasitə olan heroin və psixotrop maddə - metamfetamin, onların satışından əldə etdiyi 3500 manat pul, eləcə də xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən 10 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.

Həyata keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə üzərində narkotik vasitə daşımaqda və saxlamaqda şübhəli bilinən Balakən şəhər sakini Elnur Tağıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, yaşadığı evdən isə şprislər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Balakən rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
 

# 2586
avatar

Mehman Nəbiyev

Oxşar yazılar