Goranboyda şagird bıçaqlanıb.
Lent.az xəbər verir ki, hadisə Dəliməmmədli şəhərində yerləşən tam orta məktəbdə baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, 11-ci sinif şagirdi A. Seyxova bıçaqla xəsarət yetirən şəxsin sinif yoldaşı U. Tağıyev olması müəyyən edilib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi isə açıqlamasında bildirib ki, aprelin 3-də Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident (şagirdlərin bir-birinə xəsarət yetirməsi) qeydə alınıb.
Hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları da təhsil müəssisəsindədirlər.
Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.