Azərbaycanda kriminal avtoritet tutuldu - FOTO
13 oktyabr 2021 15:05 (UTC +04:00)

Azərbaycanda kriminal avtoritet tutuldu - FOTO

Şirvan sakinlərindən narkotik və odlu silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qanunsuz silah saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Fərid Şirinov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd tapança aşkar olunaraq götürülüb.

Şöbə əməkdaşlarının keçirdiyi digər bir uğurlu əməliyyat tədbiri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Ağayev saxlanılıb. 

Onun yaşadığı ünvana keçirilən baxış zamanı isə iki büküm “patı” və “şüşə” adlanan psixotrop maddə metanfetamin, altı büküm heroin və bir ədəd elektron tərəzi aşkar edilib.

Faktlarla bağlı hər iki şəxs barəsində Şirvan şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Lent.az-ın əldə etdiyi məlumata görə, odlu silah gəzdirdiyi üçün saxlanılan Şirvan şəhər sakini Fərid Şirinovun kriminal aləmlə yaxın əlaqələri olub. Bəzi mənbələr onu kriminal avtoritet kimi təqdim edirlər. O, kriminal aləmdə "Fedya Juk" ləqəbi ilə tanınıb. 

Saxlanılan şəxs

Saxlanılan şəxs

# 3888
avatar

Mehman Nəbiyev

Oxşar yazılar