Bakıda dələduzluq etməkdə təqsirli bilinən Türkan Şəfiyeva və Susanna İslamzadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Lent.az-ın məlumatına görə, cinayət işinin materialları baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.
İş hakim Azər Tağıyevin icraatına verilib.
Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan olunub.
Lent.az-ın əldə etdiyi məlumata görə, təqsirləndirilənlərdən Türkan Şəfiyeva 2011-ci ildə dələduzluq etdiyi üçün məhkum olunub. O, 2012-ci ildə əfv edilərək azadlığa buraxılıb.