Bərdədə qonşusunu tüfənglə öldürən kişi daha sonra intihar edib.
APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Şatırlı kəndində baş verib.
Kənd sakini 1963-cü il təvəllüdlü Hüseynov Namiq İsmayıl oğlu qonşusu 1988-ci il təvəllüdlü Hüseynov Anar Malik oğlunu qətlə yetirib. Daha sonra Namiq Hüseynov özünə tüfənglə atəş açaraq intihar edib.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.