Azərbaycanda DƏHŞƏT:  əsir kimi saxlayıb zorla işlətdi
31 may 2025 13:25 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: əsir kimi saxlayıb zorla işlətdi

Azərbaycanda bir nəfəri məcburi əməyə cəlb edən şəxsə hökm oxunub.

Lent.az xəbər verir ki, Əliyev Etibar Sozalı oğlu zərərçəkmiş şəxsə hədə-qorxu gəlməklə, zor tətbiq etməklə, zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa azadlığını məhdudlaşdırmaqla məcburi əməyə cəlb edərək istismar etdiyinə görə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 144-2.1 (Məcburi əmək) maddəsi ilə cinayət işi başlanılıb və işin halları ətraflı araşdırılmış aidiyyəti üzrə məhkəməyə göndərilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliyev Etibar Sozalı oğlu 6 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1941

Oxşar yazılar