Azərbaycanda  DƏHŞƏT:   Boşanmaq istəyən arvadının başını kəsdi - YENİLƏNİB
18 iyun 2021 12:31 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: Boşanmaq istəyən arvadının başını kəsdi - YENİLƏNİB

Tərtərdə baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, rayon sakini Anar Əliyev həyat yoldaşı Arzu Əliyevanı Tərtər şəhər Məhkəməsinin binasının qarşısında başını kəsərək qətlə yetirib. 

Hadisəni boşanma üstündə baş verdiyi bildirilir.

A. Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə baş verən yerdə araşdırma aparır.

***

saat 11:59

Tərtərdə qətl hadisəsi olub.

Tərtər rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyunun 18-i saat 11 radələrində rayon ərazisində 26 yaşlı Arzu Abbasovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilərək, digər prosessual hərəkətlər yerinə yetirilib.
         
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 34 yaşlı Anar Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Arzu Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Anar Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, mediada yayılan məlumatlara görə, qətl hadisəsi Tərtər rayon Məhkəməsinin qarşısında baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9060
avatar

Mehman Nəbiyev

Oxşar yazılar