Azərbaycanda daha bir ağır cinayətin üstü  AÇILDI
10 sentyabr 2021 16:46 (UTC +04:00)

Azərbaycanda daha bir ağır cinayətin üstü AÇILDI

Polis daha bir ağır cinayətin açılmasını təmin edib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupunun baş
inspektoru, polis leytenantı Xəyal Talıbovun Lent.az-a bildirdiyinə görə, Quba rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində ağır cinayətin açılması təmin olunub, həmin cinayəti törətməkdə şübhəli bilinən Şöhrət Mürsəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Avqustun 23-də Quba rayon sakini Zeydulla Əzizov müxtəlif xəsarətlərlə Qusar
rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, avqustun 30-da isə həkimlərin səylərinə
baxmayaraq vəfat edib.

Aparılan tədbirlərlə Z.Mustafayevlə aralarında yaranmış münaqişə zəminində ona
çoxsaylı bədən xəsarətləri yetirmiş Ş.Mürsəliyev saxlanılıb.

Hazırda cinayət işi üzrə istintaq aparılır.

# 3048
avatar

Mehman Nəbiyev

Oxşar yazılar