Azərbaycanda bu da oldu: özünü hədələyib, itini güllələdi
03 mart 2021 12:36 (UTC +04:00)

Azərbaycanda bu da oldu: özünü hədələyib, itini güllələdi

Şabran rayon sakini Y.Mövlanovun fevralın 21-də Çaraq kəndi ərazisində bir nəfərin onu tüfənglə öldürəcəyi ilə hədələməsi və yanındakı çoban itini tüfəngdən açdığı atəşlə öldürməsi barədə polisə müraciəti edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, faktla bağlı Şabran rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini R.Quliyev müəyyən edilərək saxlanılıb, ondan nömrəsi silinmiş ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

# 1641
avatar

Mehman Nəbiyev

Oxşar yazılar