Respublikanın daxili işlər orqanları tərəfindən martın 27 və 29-da törədilən 54 cinayətin üstü "isti izlər"lə açılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması təmin olunub.
Axtarışda olan ümumilikdə 27 nəfər, o cümlədən borclu qismində axtarılan 9 nəfər tapılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 40, qanunsuz silah-sursatla bağlı isə 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 92 nəfər saxlanılıb.