Yanvar ayında Azərbaycanda narkotiklə bağlı cinayət məsuliyyətinə 631 nəfər cəlb edilib.
Lent.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyası məlumat yayıb.
Məlumata görə, onlardan 18-25 yaşadək 39 nəfər, 26-29 yaşadək 92 nəfər, 30 yaş və ondan yuxarı isə 500 nəfər təşkil edir. Həmin şəxslərdən 611-i kişi, 20-si qadın olub.
Cinayət məsuliyyətinə cəlb edilənlərdən 11 nəfəri xarici ölkə vətəndaşıdır.
Onlardan 9-u İran, 1-i Türkiyə, 1-i Rusiya vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 27 kiloqram 335,616 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülüb.