Arvadını öldürüb qəbiristanlıqda  intihar etdi - HADİSƏ ANI
13 iyun 2025 11:33 (UTC +04:00)

Arvadını öldürüb qəbiristanlıqda intihar etdi - HADİSƏ ANI

Türkiyədə kişi arvadını öldürərək intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Balıkesir şəhərinin Ayvalık qəsəbəsində baş verib.

42 yaşlı Canan Ayxan səhər tezdən işə gedərkən qonşusu Bahiye A. ilə qarşılaşıb və birgə binadan çıxıblar. Bu zaman Cananın bir müddətdir ayrı yaşadığı 46 yaşlı Ayxan Ayxan onların qarşısına çıxıb. Kişi üzərindəki tapança ilə arvadına ard-arda atəş açaraq, onu çənə və çiynindən yaralayıb. Qonşusuna da atəş açmaq istəyərkən tapança işə düşməyib.

Nəticədə Canan Ayxan yerindəcə ölüb. Hadisə yerindən qaçan kişi isə qəbiristanlıqda özünü güllələyərək öldürüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1476

Oxşar yazılar