Arvadını öldürmək istəyən şəxs həbsxanada intihar etdi BAKIDA ŞOK OLAY
27 aprel 2021 12:15 (UTC +04:00)

Arvadını öldürmək istəyən şəxs həbsxanada intihar etdi BAKIDA ŞOK OLAY

Azərbaycanda cəzaçəkmə müəssisələrinin birində intihar hadisəsi olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakıda yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada saxlanılan məhkum, 37 yaşlı Hüseynov Zaur Zahir oğlu özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Z.Hüseynov 2018-ci ildə sərxoş vəziyyətdə keçmiş arvadını döyüb, daha sonra isə bıçaqlayıb.

Onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham elan olunub. Məhkəmənin hökmü ilə Z.Hüseynov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4572
avatar

Mehman Nəbiyev

Oxşar yazılar