Gəncədə arvadını bıçaqlayan Bəxtiyar Məcidlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az xəbər verir ki, toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Elmin Rüstəmovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 1-də keçiriləcək.
Qeyd edək ki, hadisə bu il fevralın 4-də Yeni Gəncə yaşayış massivində qeydə alınıb. 24 yaşlı Aytac Məcidli 10 bıçaq zərbəsi alaraq xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat olunub.
İlkin araşdırmalarla onun həyat yoldaşı Bəxtiyar Məcidli tərəfindən bıçaqlandığı məlum olub.
İstintaq orqanı tərəfindən Bəxtiyar Məcidlinin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.