Arvad-uşağını öldürüb İNTİHAR ETDİ
04 noyabr 2023 17:07 (UTC +04:00)

Arvad-uşağını öldürüb İNTİHAR ETDİ

Türkiyədə ailə qətliamı olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bursa şəhəri Mustafakamalpaşa qəsəbəsində baş verib. 34 yaşlı Samet Özdemir arvadı 28 yaşlı Zeynəbi, həmçinin 9 yaşlı oğlu Metehan və 4 yaşlı Batuhanı tapança ilə öldürüb. S. Özdemir daha sonra həmin silahla da intihar edib.

Heyvandarlıqla məşğul olan ailə üzvlərinin meyitini onlara gələn qohumları aşkar ediblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və araşdırmalara başlanılıb.

11 ildir evli olan ər-arvad arasında mütəmadi münaqişə yarandığı, Z. Özdemirin bir müddət ata evində qaldığı və hadisədən 2 gün əvvəl öz evlərinə qayıtdığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5511
avatar

Oxşar yazılar