Oktyabrın 5-dən 20-dək olan müddətdə Hacıqabul şəhəri ərazisindəki evlərin birindən 6500 manat dəyərində məişət əşyaları oğurlanıb.
Lent.az Daxili işlər Nazirliyinə istinadla bildirir ki, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən ev sahibəsinin oğlu E.Şirinov saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin götürülüb.