Anasını pensiyaya görə boğan qızdan  YENİ XƏBƏR
27 may 2021 11:48 (UTC +04:00)

Anasını pensiyaya görə boğan qızdan YENİ XƏBƏR

2020-ci il Mingəçevirdə anasını öldürən Sədaqət Əsgərovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Mingəçevir şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, 2020-ci il oktyabrın 9-da şəhər sakini Bənövşə Ələkbərovanın boğularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin qızı Sədaqət Əsgərova yataq xəstəliyinə düçar olan anasının yaşa görə aldığı əmək pensiyasını ələ keçirmək məqsədilə yastıqla boğaraq qəsdən öldürüb.

Sədaqət Əsgərova Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2391
avatar

Mehman Nəbiyev

Oxşar yazılar