AMEA-dakı pozuntularla bağlı cinayət işi açıldı - RƏSMİ
05 aprel 2021 18:03 (UTC +04:00)

AMEA-dakı pozuntularla bağlı cinayət işi açıldı - RƏSMİ

Bəzi kütləvi informasiya vasitələrində “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatına istinadən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (“Qaçqınkom”),  Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF), habelə Milli Elmlər Akademiyasının struktur qurumunda yol verilmiş qanun pozuntularına dair yoxlama materiallarının aidiyyəti üzrə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilməsi barədə məlumatlar yayılıb.

Baş Prokurorluqdan Lent.az-a daxil olan məlumatda bildirilir ki, “Qaçqınkom” və KİVDF-də yol verilmiş qanun pozuntuları faktlarına dair istintaq edilən cinayət işləri üzrə Baş Prokurorluq tərəfindən ictimaiyyətə ətraflı məlumatlar verilib.

Milli Elmlər Akademiyasının fəaliyyətinə gəldikdə isə qeyd olunur ki,  aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış və hazırda istintaq aparılır.

İstintaqın nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2640
avatar

Mehman Nəbiyev

Oxşar yazılar