80 min manat dələduzluqda təqsirli bilinən məhkəmə işçisi HAKİM QARŞISINDA
07 aprel 2021 09:42 (UTC +04:00)

80 min manat dələduzluqda təqsirli bilinən məhkəmə işçisi HAKİM QARŞISINDA

Bakıda 80 min manat dələduzluq etməkdə təqsirli bilinən İbrahim Xələfzadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azər Paşayevin icraatına verilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində böyük mütəxəssis-operator vəzifəsində işləmiş Xələfzadə İbrahim Etibar oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın həmin məhkəmədən daxil olmuş müraciəti əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış araşdırmalarla qeyd edilən vəzifədə işləyərkən İbrahim Xələfzadənin məhkəmənin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsinə köməklik göstərilməsi barədə yalan vəd verərək həmin şəxslərin yaxın qohumundan 2020-ci ilin may-noyabr ayları ərzində Bakı şəhərində müxtəlif ünvanlarda ümumilikdə 80 min manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək dələduzluq etməsinə, eləcə də qeyd olunan hərəkətləri etməklə vətəndaşı rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb.

Bu il fevralın 12-də Xələfzadə İbrahim Etibar oğluna Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3216
avatar

Mehman Nəbiyev

Oxşar yazılar