400 min manatlıq dələduzluq edən direktor HAKİM QARŞISINDA
17 may 2021 09:27 (UTC +04:00)

400 min manatlıq dələduzluq edən direktor HAKİM QARŞISINDA

Bakıda külli miqdarda dələduzluqda təqsirli bilinən şirkət direktoru TAĞIYEV ELŞAD BALAY OĞLUnun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Mirzə Xankişiyevin icraatına verilib.

Xatırladaq ki, “Troya LTD” MMC-nin sabiq direktoru Tağıyev Elşad Balay oğlu 2016-cı ildə Nəsimi rayonu, Q.Quliyev küçəsi 38 ünvanında inşa edilmiş yaşayış binasında 4 otaqlı, 236 kv.m sahəsi olan 38 saylı mənzili iki nəfərə satıb.

Zərərçəkənlərin şikayəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə E.Tağıyev vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməkdə ittiham edilib.

Sabiq şirkət direktorunun vurduğu ziyan ümumilikdən 400 min manta təşkil edir.

Dələduzluq edən şirkət direktoru Elşad Tağıyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1701
avatar

Mehman Nəbiyev

Oxşar yazılar