350 minə yaxın pul mənimsəyən qadın mühasib  MƏHKƏMƏDƏ
08 aprel 2021 12:09 (UTC +04:00)

350 minə yaxın pul mənimsəyən qadın mühasib MƏHKƏMƏDƏ

“NVC” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsləri barəsində açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Baş Prokurorluqdan Lent.az-a verilnə xəbərə görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, "NVC"nin vəzifəli şəxslərinin mülkiyyətində olan pul vəsaitlərinin əməkhaqqı təyinatı ilə ayrı-ayrı kənar fiziki şəxslərin hesablarına köçürülərək mənimsənilməsi barədə həmin cəmiyyətin direktorunun müraciəti  əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılıb.

Aparılmış istintaqla Hüseynova Samirə Əzizağa qızının 2018-2020-ci illərdə “NVC”də baş mühasib işləyəndə cəmiyyətlə arasında hər hansı bir müqavilə olmadığı halda özünə və yaxın qohumlarına məxsus cəmiyyətlərə və xarici hesablara müxtəlif məbləğlərdə pullar köçürməklə, həmçinin müxtəlif cəmiyyətlərdən müxtəlif çeşidli mallar alaraq “NVC”nin bank hesablarından həmin mallara görə fiziki və hüqüqi şəxslərin bank hesablarına ümumilikdə 275 min 400 manat pul vəsaitini onlayn qaydada köçürməsinə, aldığı malları öz şəxsi ehtiyaclarına sərf etməsinə, habelə cəmiyyətin bank hesabından müxtəlif vaxtlarda öz hesabına və tanışlarının hesabına ümumilikdə 340 min 700 manat məbləğində köçürmələr edərək pul vəsaitlərini nağdlaşdırıb talamasına əsaslı şübhələr müəyyən edilib.

Bu faktlarla bağlı Samirə Hüseynovaya Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda - mənimsəmə və ya israf etmə), 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməklə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2484
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini  öldürdü

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini öldürdü

14 dekabr 2024 , 16:15
Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45