12 manata görə qonşusunu öldürdü, məhkəməsi olacaq
05 mart 2021 17:52 (UTC +04:00)

12 manata görə qonşusunu öldürdü, məhkəməsi olacaq

Qazaxda qonşusunu öldürməkdə təqsirli bilinən Elvin Namazovun cinayət işi üzrə ibtidai istintaq tədbirləri yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Gəncə Ağr Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Xaqani Səmədovun icraatındadır.

Qeyd edək ki, hadisə 2020-ci il noyabrın 20-də baş verib. Qəhrəman Şahquliyev bıçaqlanaraq öldürülüb.

Aparılmış araşdırmalarla onun qonşusu Elvin Namazovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Qəhrəman Şahquliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Elvin Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Məlumata əsasən, münaqişə borc üstündə yaranıb. Qəhrəman Şahquliyevin qonşusu Elvin Namazova 12 manat borclu olub və onu qaytarmadığı üçün öldürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2601
avatar

Mehman Nəbiyev

Oxşar yazılar