Zeytun bağından  neft çıxdı:   50 milyon dollardan İMTİNA ETDİ
06 oktyabr 2022 19:56 (UTC +04:00)

Zeytun bağından neft çıxdı: 50 milyon dollardan İMTİNA ETDİ

Manisanın Salehli rayonunun Yağbasan məhəlləsində zeytun və badam ağacları üçün qazma işləri ilə məşğul olan fermer Mustafa Yüksel tarlasından neft çıxıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, baş verən yanğını söndürməyə çalışan Mustafa Yüksəl açdığı çuxurdan bir müddət sonra neft çıxdığını başa düşüb.

Bu xəbəri öyrənən sakinlər neft çıxan ərazini almaq üçün müraciət ediblər. Fermer isə ərazinin satılmadığını qətiyyətlə açıqlayıb.

Bizneslə məşğul olan bir nəfər isə bu ərazi üçün 50 milyon dollar təklif edib. Buna baxmayaraq, fermer torpağı dövlətinə ayırdığını vurğulayıb.

# 4176
avatar

Oxşar yazılar