Vergilər Nazirliyinin xətti ilə  büdcəyə 6 milyarddan çox vəsait daxil olub
14 yanvar 2013 16:35 (UTC +04:00)

Vergilər Nazirliyinin xətti ilə büdcəyə 6 milyarddan çox vəsait daxil olub

2012-ci ildə Vergilər Nazirliyinin xətti ilə büdcəyə 6 milyard 25 milyon 366,5 min manat vəsait daxil olub. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.  Ötən ilin yanvar-dekabr aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 milyard 25 milyon 366.5 min manat təşkil edib. Bu məbləğin 37,4 faizi mənfəət vergisinin, 24,6 faizi əlavə dəyər vergisinin, 13,5 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,5 faizi aksizlərin, 17,0 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə 3 milyard 286 milyon 509,7 min manat vəsait daxil olmuşdur ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 14,5 faiz çoxdur.

Yanvar-dekabr aylarında respublika üzrə 72 263 vergi ödəyicisi qeydiyyata alınıb. 2011-ci ilin iyul ayının 1-dən cari ilin yanvar ayının 1-dək 55 086 fiziki şəxs elektron qaydada qeydiyyatdan keçib. 1 yanvar 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 481710 olub.

2012-ci ilin yanvar-dekabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 89.9 faiz təşkil edib.

 

# 732
avatar

Oxşar yazılar