“Azərbaycan Hava Yolları” QSC (AZAL) Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı təxirə salınan aviareysləri açıqlayıb. Bu barədə “APA-Economics”ə AZAL-dan məlumat verilib.
“Ötən gecə Türkiyədə baş verən hadisələr ilə əlaqədar olaraq AZAL-ın aşağıdakı reysləri təxirə salınıb:
J2-8103 (06:45) Bakı-İstanbul
J2-8075 (08:45) Bakı-İstanbul
J2-8003 (09:10) Bakı-Ankara
"Bu reyslərə aviabilet alan sərnişinlər aviabiletlərinin tarixini istədiyi tarixə pulsuz olaraq dəyişdirə və yaxud da heç bir tutulma olmadan qaytara bilərlər”, - deyə məlumatda bildirilir.
Bundan başqa, Türkiyə kurortlarına AZAL reyslərinin heç bir dəyişiklik olmadan cədvələ uyğun olaraq yerinə yetirildiyi bildirilir.