“Azərbaycan iqtisadiyyatı inkişaf edir, bunu görməmək mümkün deyil. Son illərdə Azərbaycanda elə işlər görülüb ki, onları görməmək mümkün deyil. Bu işlərin bir çoxu Azərbaycan prezidentinin birbaşa əməyinin nəticəsidir ”.
Lent. az-ın məlumatına görə, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı Milli Məclisin bugünkü iclasındakı çıxışında deyib.
Deputat bildirib ki, bununla belə, kənd təsərrüfatı sahəsinə diqqət artırılmalıdır: “Mən dövlət büdcəsinin yüksək peşəkarlıqla hazırlanmasından razıyam. Hesab edirəm ki, maliyyə naziri öz yerində olan ən layiqli adamlardan biridir. Büdcənin 300 milyon manat olduğu müzakirələrdə də iştirak etmişəm. İndi büdcə az qala 10 dəfə artıb”.
S. Rüstəmxanlı daha sonra çıxışında bildirib ki, Azərbaycanda siyasi yox, iqtisadi dözümsüzlük var və ölkədən gedənlərin hamısı məhz bu səbəbdən başqa yerlərə işləməyə gedir: “İş görməyə imkan tapa bilmirlər. Ən xırda ticarət sahəsinə qədər hər şey monopoliyadadır. Bunun qarşısı alınmalıdır”.
Spiker Oqtay Əsədov isə S.Rüstəmxanlının çıxışının ardınca ona replika ataraq deyib ki, əvvəl inkişafdan danışıb, sonra isə narazılıq edir: “Əvvəl iqtisadiyyatın inkişaf etdiyini deyirsiniz, sonra da başqa şeylərdən bəhs edirsiniz. Mən bilirəm siz niyə belə danışırsınız”.

Sabir Rüstəmxanlı: “İqtisadiyyatımız inkişaf edir, bunu görməmək mümkün deyil”
Oxşar yazılar

Yasamalda hazır və tikilməkdə olan mənzillərin satışı davam edir - "Kristal!"
22 avqust 2025 , 14:29
Unibank həftəsonuna özəl komissiyasız kredit kampaniyası keçirir
22 avqust 2025 , 11:03
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
21 avqust 2025 , 14:57
"Azercell" enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini genişləndirir
21 avqust 2025 , 14:27
Bakıda Su Həftəsi keçiriləcək
20 avqust 2025 , 15:54
Birbank Biznes-də dostluq qazandırır
20 avqust 2025 , 12:54