
Problemli kreditlərlə bağlı "qaynar xətt"in yaradılacağı VAXT AÇIQLANDI
“Şübhəsiz ki, problemli kreditlərlə əlaqədar zamin, borclu, bank və kredit alanlar arasında bir çox sual yaranacaq. Hər bir fərdi hala baxılmasına ehtiyac var, çünki bunlar bir-birindən fərqlənə bilər”.
ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında problemli kreditlərlə əlaqədar Prezident fərmanını şərh edən maliyyə naziri Samir Şərifov bildirib.
S. Şərifov deyib ki, Maliyyə Nazirliyinin İnternet portalında xüsusi bir bölmə yaradılır: “Fərmana əsasən, konkret təşkilatlar qarşısında 45 günlük müddət qoyulub. Ödənişlər Maliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək. Ona görə də Maliyyə Nazirliyində problemli kreditlərlə bağlı “qaynar xətt” də yaradılacaq. "Qaynar xətt"ə zənglər daxil olarkən həmin suallar cavablandırılacaq”.
Maliyyə naziri qeyd edib ki, fərmana əsasən, kreditlər bağışlanmır: “Fərmanda sadəcə, vaxtı ötmüş kreditlərin bağlanması üçün daha uzun müddət verilir. Eyni zamanda banklara, kredit təşkilatlarına tövsiyə olunur ki, borclulara dair məhkəmə, hüquq-mühafizə orqanlarında olan işləri geri çağırsın. Faiz və dəbbə borclarının silinməsi üzrə tədbirlər görülsün. Banklar, kredit təşkilatları borclulara dair məhkəmə və hüquq-mühafizə orqanlarında olan işləri geri çağırdıqdan sonra camaat "qara siyahı"lardan əziyyət çkməyəcək".
Oxşar yazılar

Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04