Mərkəzi Bankın səlahiyyətlərindən biri ləğv olundu
31 mart 2016 01:30 (UTC +04:00)

Mərkəzi Bankın səlahiyyətlərindən biri ləğv olundu

Nazirlər Kabineti “ Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edib.

 

APA-nın məlumatına görə, bu Qaydalar  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətini təmin təmin etmək məqsədi ilə hazırlanıb və istehlakçılarla (alıcılarla) Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər (o cümlədən, satıcılar) arasında alqı-satqı və digər xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

 

Qaydaya əsasən indiyə qədər  dövlət özəlləşdirmə çeklərinin alqı-satqısı Mərkəzi Bankının müəyyən etdiyi qaydada və müvafiq qanunlarla tənzimlənib. Dəyişikliyə əsasən dövlət özəlləşdirmə çeklərinin alqı-satqısı ilə əlaqədar bu müddəa ləğv olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 354
avatar

Oxşar yazılar