“Bankların həddindən artıq gəlir götürdüyü barədə deyilənlər mifdir. Bankların həqiqi rentabelliyi 15 faizdir. Ancaq hesab edirəm ki, istehlak sahəsində bankların verdiyi kreditlər tam da əsaslı deyil. Mən bu tribunadan bankları sosial məsuliyyətə dəvət edirəm. Bu yaxınlarda bizim bank sektoru ilə geniş tərkibli toplantımız olacaq və bu məsələlər müzakirə olunacaq”.
Lent.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin bugünkü iclasında çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
O bildirib ki, Mərkəzi Bankda maliyyə istehlakçılarının hüquqlarının müdafiəsi ilə bağlı da ayrıca şöbə yaradılıb: “Banklar çox vaxt müəyyən sistemlər vasitəsilə əhalidən həqiqi faizləri gizlətməyə çalışırlar. Banklardan bu gün tələb olunur ki, kredit faizləri ilə bağlı bütün xərcləri göstərsinlər və əhali görsün ki, bu faizlərin xərcləri nələrdir”.
E.Rüstəmov qeyd edib ki, bank faizlərinin yüksək olmasında başlıca məsələ kreditlərə tələbin yüksək olmasıdır.

Mərkəzi Bankın sədri: “Bankları sosial məsuliyyətə dəvət edirəm”
Oxşar yazılar

Yasamalda hazır və tikilməkdə olan mənzillərin satışı davam edir - "Kristal!"
22 avqust 2025 , 14:29
Unibank həftəsonuna özəl komissiyasız kredit kampaniyası keçirir
22 avqust 2025 , 11:03
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
21 avqust 2025 , 14:57
"Azercell" enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini genişləndirir
21 avqust 2025 , 14:27
Bakıda Su Həftəsi keçiriləcək
20 avqust 2025 , 15:54
Birbank Biznes-də dostluq qazandırır
20 avqust 2025 , 12:54