Mərkəzi Bankda AİB nümayəndələri ilə görüş
31 iyul 2013 12:02 (UTC +04:00)

Mərkəzi Bankda AİB nümayəndələri ilə görüş

Mərkəzi Bankda Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyəti ilə görüş keçirilib. Bankdan Lent. az-a verilən məlumata görə, Mərkəzi Bankın sədr müavini Xaqani Abdullayev AİB-in regional əməkdaşlıq və əməliyyatların əlaqələndirilməsi şöbəsinin müdiri Viki Tanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Görüşdə ölkəmizlə AİB arasında  “Ölkə tərəfdaşlığı strategiyası” layihəsi, o cümlədən  bank sektorunda nağdsız ödənişlər, mikromaliyyələşdirmə və qarşılıqlı iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. AİB-in Azərbaycanın bank sektoru ilə uğurlu əməkdaşlıq etdiyini vurğulayan nümayəndə heyətinin üzvləri bu əlaqələrin gələcəkdə də davam etdiriləcəyini qeyd edib.

 

 

X.Abdullayev çıxışında sözü gedən layihənin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan məsələləri dəstəklədiyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar