Kreditlərə görə kompensasiyanı hesablayan daha bir KALKULYATOR
04 mart 2019 15:09 (UTC +04:00)

Kreditlərə görə kompensasiyanı hesablayan daha bir KALKULYATOR

Dövlət büdcəsinin hesabına xarici valyutada mövcud olan əsas kredit borcuna görə ödənişin hesablanması üzrə Kalkulyator tərtib olunub.
 
Bu barədə ONA-ya İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
 
Bildirilib ki, kalkulyatorda həm 21 fevral 2015-ci il, həm də 21 dekabr 2015-ci il tarixinə xarici valyutada mövcud olan əsas kredit borcunu daxil etməklə kompensasiya məbləğini hesablamaq mümkündür.
 
Kalkulyatorla həm scroll-bar, həm də xanada əsas kredit borcunu göstərməklə kompensasiyanı hesablamaq mümkün olacaq.
 
Kompensasiya məbləğini elektron hesablamaq üçün aşağıdakı linkdən istifadə etmək lazımdır:
 
 
 
# 820
avatar

Oxşar yazılar