Dövlət büdcəsinə gömrük daxilolmalarının həcmi artıb
15 sentyabr 2016 10:08 (UTC +04:00)

Dövlət büdcəsinə gömrük daxilolmalarının həcmi artıb

0

Bu ilin avqust ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 244 mln. 89,6 min manat təşkil edib.

 

"APA-Economics" komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, 2015-ci ilin eyni ayı ilə müqayisədə 127 mln. 081,17 min manat və ya 2,08 dəfə çoxdur. İyul ayı ilə müqayisədə 57 mln. 298,96 min manat və ya 30,67% artıqdır.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 62 mln. 64,1 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 159 mln. 155,7 min manat, aksizlər üzrə 8 mln. 910,1 min manat, yol vergisi üzrə isə 13 mln. 959,7 min manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 484

Oxşar yazılar