Bakının iki nəhəng prospekti yenidən qurulacaq - EKSKLÜZİV
16 yanvar 2013 11:20 (UTC +04:00)

Bakının iki nəhəng prospekti yenidən qurulacaq - EKSKLÜZİV

Bakıda nəqliyyatın intensiv hərəkət etdiyi 2 prospekt yenidən qurulacaq. Lent.az-ın məlumatına görə, bunlar Babək və Nobel prospektləridir. Məlumata görə, Qaraçuxur qəsəbəsindən Yusif Səfərov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsinədək uzanan Babək prospekti tamamilə yenidən qurulacaq. Prospekt ətrafındakı bir sıra obyektlər söküləcək və yol genişləndiriləcək. Plana əsasən yolun ən azı 10 zolaqlı, hər istiqamətə 5 hərəkət zolağı olmaqla yenidən qurulması planlaşdırılır.

 

Nobel prospekti isə bir neçə il əvvəl yenidən qurulub, yolun altındakı kommunikasiya xətləri dəyişdirilib. Yeni plana görə, prospekt boyunca əlavə hərəkət zolaqları tikiləcək. Bu zolaqlar avtomobillər üçün deyil, sırf avtobus, metrobuslar üçün və ya tramvay xətti üzün nəzərdə tutulacaq.

 

Nəqliyyat Nazirliyindən Lent.az-a bildirilib ki, Babək prospektinin yenidənqurma işləri artıq bir zərurətə çevrilib. Nobel prospektindəki işlər isə “Bakı Ağ Şəhər” layihəsinə paralel olaraq həyata keçiriləcək. Nazirlikdən həmçinin bildirilib ki, yaxın gələcəkdə Babək və Nobel prospektlərini birləşdirəcək bir neçə müasir yolun çəkilməsi də planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5841
avatar

Nizam Rza

Oxşar yazılar