Paytaxtın Dilarə Əliyeva küçəsinin Kevkab Səfərəliyeva küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissədə təmir işlərinə başlanılıb. Bu barədə Lent.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
P. Mürsəliyevin sözlərinə görə, küçədə köhnə asfalt-beton örtüyün qaşınaraq çıxarılması və beton səki daşlarının mərmər səki daşları ilə əvəzlənməsi işləri gedir.
“Bu işlər başa çatdıqdan sonra, yeni asfalt-beton örtüyünün salınmasına başlanacaq. Bu işlər adıçəkilən küçədə hərəkət qismən məhdudlaşdırılmaqla yerinə yetirilir. Asfalt-beton işlərinə başlanıldıqda Dilarə Əliyeva küçəsində hərəkət tam məhdudlaşdırılacaq”, - deyə o bildirib.
Mətbuat katibi onu da əlavə edib ki, yerinə yetirilən işlərin gedişatından asılı olaraq, küçədə nəqliyyatın hərəkəti bir neçə günlük məhdudlaşdırılıb.