Azərbaycanda bu gündən topdan və pərakəndə satışda olan tütün məmulatlarının qiyməti artıb.
"APA-Economics" xəbər verir ki, siqaretlərin qiymətində orta hesabla 10-20% artım müşahidə olunur.
Satıcıların sözlərinə görə, qiymət artımı bütün markalara şamil olunub. Artımın səbəbi açıqlanmır.
Qeyd edək ki, bu, son günlər ərzində ikinci qiymət artımıdır. Belə ki, avqustun 29-da da qiymət artımı baş verib. Həmin gün bəzi tütün məmulatları 10-20% bahalaşıb.
Yava, More, Prima - 1.40 AZN (köhnə qiymət 1,2 AZN)
Qalın Vinçestr, Qalın Classic - 1.40 (1.60)
Kompakt Vinçestr, Kompakt Classic - 1.50 (1.70)
Qalın LD, Uzun classic - 1.60 (1.80)
LD kompakt təzə, Vest kompakt - 1.70 (2)
Rothmans, LD kompakt - 2.30 (2.50)
Nazik LD, Mikro Vest, Aktiv Vest - 2.60 (2.80)
Vinstonlar - 2.80 (3)
Kentlər – 3 (3.30)
Sobranilər - 3.30 (3.60)
Qalın Sobranie – 5 (5.50)
Nazik Viceroy - 2.30 (2.50)